ENG     15 Fevral 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Fevral 2019-ci il
N 06 (604)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN işçilərinin Həmkarlar İttifaqının illik hesabatı keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin akt zalında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının hesabatı keçirilib.

Hesabatda FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin Aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrləri iştirak ediblər.

Tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 2018-ci ildə görülən işlər haqqında hesabat verərək bildirib ki, İttifaqın təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib, Nazirliyin əməkdaşlarının mədəni istirahəti və asudə vaxtlarını mənalı keçirməsi istiqamətində işlər görülüb. Nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün 31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, həmçinin, Novruz bayramında şənliklər təşkil edilib. Bundan başqa, 2 fevral - Azərbaycan Gəncləri Günü, 8 Mart - Beynəlxalq Qadınlar Günü və digər peşə bayramlarında, eyni zamanda, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş və yubiley yaşı tamam olmuş əməkdaşlar Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

FHN işçilərinin Həmkarlar İttifaqı  "Gənc xilasedici" VII Beynəlxalq yarışı və "Gənc xilasedici və yanğınsöndürən"  VI Ümumrespublika birinciliyində, "Fövqəladə hallar uşaqların gözü ilə" VIII Respublika yaradıcılıq müsabiqəsinin təşkilində yaxından iştirak edib, nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinə dəstək olub, maddi durumu çətin olan və vəzifə borclarını yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım göstərib.

Mart soyqırımının 100 illiyi münasibətilə Qubada "Azərbaycanlıların soyqırımı - 100 il" adlı, Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə Ağdamda "Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ" mövzusunda, Gəncə Regional Mərkəzində "Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr" mövzusunda elmi - praktik konfranslar təşkil edilib.

O da vurğulanıb ki, İttifaq Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin anadan olmasının 95 illiyini və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsini nəzərə alaraq, Naxçıvan şəhərində Ulu Öndərin həm yeniyetməlik, həm də Naxçıvanda fəaliyyət göstərdiyi illərdə xatirə məkanına çevrilmiş yerlərə və Naxçıvan Muxtar Respublikasında yerləşən mədəni-tarixi abidələrə və görməli yerlərə ziyarət təşkil edilib.

Əvvəlki illərdə olduğu kimi ötən ildə də ittifaqın fəaliyyətində əsgərlərlə görüş əsas prioritet vəzifələrdən biri olub. İl ərzində Mülki Müdafiə Qoşunlarının 5 hərbi hissəsində əsgərlərlə görüş təşkil edilib. Hər bir tədbirdə əsgərlərə bayram sovqatı və xatirə hədiyyələri təqdim olunub.

Həmçinin, FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində və Sumqayıt Regional Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbirlər keçirilib.

Sonda digər illik cari məsələlər müzakirə edilib və ittifaqın illik tədbirlər planı təsdiq olunub.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il