ENG     21 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
20 Senyabr 2019-ci il
N 31 (629)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Şəxsi heyətin baş verə biləcək fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsi yoxlanılıb

Yanvarın 9-da Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi qulluqçularının və xüsusi rütbəli vəzifələrdə xidmət keçən əməkdaşlarının fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılmasına hazırlığının lazımi səviyyədə saxlanılması, "Həyəcan" və "Toplanış" siqnalları zamanı Xidmətin tərkibində kompleks məşq, xəbərdaretmə siqnalları üzrə fəaliyyət, "Toplanış" və "Həyəcan" siqnalları üzrə qalxma planına müvafiq vəzifələrin yerinə yetirilməsi, cəmləşmə rayonuna çıxış,  fəaliyyətin təminatının təşkili, texnikaların tətbiq edilmələri üçün hazır vəziyyətə gətirilməsi  ilə bağlı   məşq keçirilib.

Məşq üç mərhələdə keçirilib. Xidmətin şəxsi heyətinə "Toplanış" siqnalı elan olunaraq əvvəlcədən təyin edilmiş yerdə əməkdaşların toplanışı təşkil edilib, xidmətin qüvvə və vasitələri hazırlıq dərəcəsinə gətirilib, şəxsi heyətin toplanış yerinə gəlmə vaxtlarının qeydiyyatı aparılıb.Yaranmış vəziyyət qiymətləndirilib, məşq zamanı yerinə yetirilən bütün fəaliyyətlər nəzərdən keçirilib.

Sonda keçirilən məşqin nəticələri təhlil edilərək ümumi fəaliyyət yüksək qiymətləndirilib, şəxsi heyətə müvafiq tövsiyələr verilib.

***

FHN-in Cənub Regional Mərkəzində qüvvə və vasitələrin 2 nömrəli hazırlıq dərəcəsinə gətirilməsi üzrə məşq keçirilib.

"Toplanış" siqnalı elan olunaraq əvvəlcədən təyin edilmiş yerdə Mərkəz əməkdaşlarının toplanışı təşkil edilib, məşq zamanı yerinə yetirilən bütün fəaliyyətlər nəzərdən keçirilib, müvafiq hesabatlar və görüləcək işlər barədə təkliflər hazırlanıb, əsas idarəetmə məntəqəsi, rabitə və xəbərdarlıq sistemi hazır vəziyyətə gətirilib.

Yekunda Mərkəzin struktur bölmələrinin fəaliyyəti və çatışmazlıqlar haqqında ətraflı müzakirələr aparılıb.

***

FHN-in Muğan Regional Mərkəzində "Həyəcan"  və "Toplanış" siqnalı zamanı şəxsi heyətin fəaliyyəti üzrə keçirilən məşqə mərkəzin hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşları cəlb olunub.

Şərti olaraq, Mərkəzin struktur bölmələrinin fövqəladə hadisə barədə xəbərdar edilməsi, "Həyəcan" siqnalı ilə qaldırılması, "Toplanış" yerinə gəlməsi və fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına hazırlıq vəziyyəti yoxlanılıb.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il