ENG     24 Iyul 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Iyul 2019-ci il
N 25 (623)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Fövqəladə hallarla bağlı davranış qaydaları
Ailənin fövqəladə hallara hazırlıq planı

Fövqəladə hallar zamanı ailənizin təhlükəsizliyini təmin etmək və təşvişin qarşısını almaq üçün ailənin fövqəladə hallar hazırlıq planının hazırlanması tövsiyə olunur. Planı hazırlayarkən aşağıdakılara əməl olunmalıdır:

Ailənin fövqəladə hallara hazırlıq planına aşağıdakı məlumatlar daxil edilməlidir:

- yaşadığınız bölgə üçun xarakterik fövqəladə halları əvvəlcədən müəyyən edin;

- həmin fövqəladə hallara hazırlıq, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına dair davranış qaydalarını öyrənin və ailənin hər bir üzvünün bilməsinə əmin olun;

- çalışdığınız yerlərdə (iş yeri, məktəb, baxça və s.) fövqəladə hal planı (təxliyyə planı) ilə tanış olun;

- ailə üzvlərinizlə kənarda görüş yeri təyin edin. Əmin olun ki, ayrı düşdükdə hamı bir-biri ilə nə vaxt və necə əlaqə saxlayacağını bilir;

- aidiyyəti qurumlardan başqa, fovqəladə hallar zamanı əlaqə saxlaya biləcəyiniz yaxın bir adam müəyyən edin. Bütün ailə üzvləri o şəxsin telefon nömrəsini və ünvanını bilməlidir. Fövqəladə haldan sonra həmin şəxsə zəng edin, olduğunuz yeri və sizinlə hər şeyin qaydasında olub-olmadığını söyləyin;

- ev heyvanı saxlayırsınızsa, fövqəladə hallar zamanı onun təhlükəsizliyini necə təmin edəcəyinizi müəyyən edin. Çünki ev heyvanları fövqəladə hallar zamanı yaradılan sığınacaqlara buraxılmır.

 Plan hazırlandıqdan sonra aşağıdakılara əməl edilməlidir:

- ailənizlə fövqəladə hallara hazırlığı birlikdə müzakirə edin və əmin olun ki, hər kəs öz rolunu bilir;

- planınızı mütəmadi məşq edin, ailə üzlərinin plan haqqında biliklərini müntəzəm olaraq yoxlayın;

- ehtiyat çantasını vaxtlı-vaxtında yoxlayın, istifadə müddəti bitmiş məhsulları təzələyin.

Yadda saxlayın:

- uşaqlara fövqəladə hal baş verən zaman "112" qaynar xəttinə zəng etməyi və hansı məlumatları verəcəklərini öyrədin;

- qaz və elektrik enerjisinin şəbəkədən necə söndürüldüyünü hər kəs öyrənib yadda saxlasın;

- vacib sənədlərinizi təhlükəsiz yerdə saxlayın və onların bir surətini etibar etdiyiniz şəxsə verin.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il