ENG     26 Mart 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Mart 2019-ci il
N 10 (608)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Hadisə

Respublika ərazisində baş vermiş hadisələr

••• Salyan rayonunun Kərimbəyli kəndində ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Goranboy rayonunun Xan Qərvənd kəndində ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları 5 kv.m sahədə və altına yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Masallı rayonunun Boradigah qəsəbəsində ümumi sahəsi 36 kv.m olan tikilinin (çörək sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanmışdır. Bitişik mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Qusar rayonunda ümumi sahəsi 240 kv.m olan mağazada lambirdən ibarət rəf 8 kv.m sahədə yanmış, yüksək temperaturdan tavan 30 kv.m sahədə ərimişdir. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Bakı şəhərinin Nərimanov rayonunda "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Quba rayonunun mərkəzində bir dam altında tikilmiş, ümumi sahəsi 60 kv.m olan üç mağazanın (hər mağazanın sahəsi 20 kv.m) yanar konstruksiyaları yanmışdır. Bitişik mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• İsmayıllı rayonunda ümumi sahəsi 180 kv.m olan tikilinin (sex kimi fəaliyyət göstərir) içərisində saman 20 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Şəki şəhərində ümumi sahəsi 150 kv.m olan 3 otaqlı evin zirzəmisində 1 ədəd məişət avadanlığı və zirzəminin taxtadan ibarət tavanı 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il