ENG     19 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Yanğında xüsusi işlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi və təhlükəsizlik tədbirləri

Yanğın zamanı xüsusi işlər - tikinti konstruksiyalarının açılması və sökülməsi  yerinə yetirilərkən əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin olunması üçün bir sıra qaydalara əməl olunmalıdır. Belə ki, yanğınların söndürülməsi zamanı tikinti konstruksiyalarının açılması və sökülməsi üzrə işlər yanğınsöndürmə rəhbərinin təyin etdiyi vəzifəli əməliyyat işçilərinin bilavasitə rəhbərliyi altında həyata keçirilməlidir. Bu işlərə başlamazdan əvvəl sökülmə sahəsində olan elektrik şəbəkəsi (220 V qədər), qaz kommunikasiyaları söndürülməlidir.

220 V-dan artıq gərginliyə malik olan elektrik şəbəkəsində və qurğularda enerjinin kəsilməsi energetika xidmətinin nümayəndəsi tərəfindən həyata keçirilməlidir.

Tikinti konstruksiyalarının açılması və sökülməsi üzrə işlər yerinə yetirilərkən onların vəziyyəti diqqətlə izlənilməli, öz möhkəmliyinin itirilməsinə yol verilməməli,  uçulub-dağılma təhlükəsinin qarşısını almaq məqsədi ilə butun zəruri tədbirlər görülməlidir.

Tikinti konstruksiyalarının açılması və sökülməsi zamanı binanın (tikililərin) aşağı hissəsində işləyənlər qabaqcadan xəbərdar olunmalı, dam örtüyündən konstruksiyaların (əşyaların) tullanmasına yol verilməməlidir.

Konstruksiyaları (əşyaları) aşağı tullayarkən onları məftillərə (hava xətlərinə), eyvanlara, karnizlərə, qonşu binanın damına, həmçinin insanlara və ya yanğın texnikasına toxunmamasını izləmək lazımdır. Konstruksiyaların, materialların və əşyaların tullandığı yerlərdə gözətçi qoyulmalı, ona işlər tam və müvəqqəti dayandırılmayınca təhlükəli sahəyə heç kimi buraxmamaq tapşırığı verilməlidir. Gecə vaxtı konstruksiyalar tullanılan yerlər mütləq işıqlandırılmalıdır.

Tikinti konstruksiyaları sökülən zaman hündür şaquli tikililərin (borular, antena qurğuları və s.) yıxılmaması üçün onların dayaqlarının zədələnməsinə yol verilməməlidir.

Elektrik şəbəkəsində gərginliyin aradan qaldırılması mümkün olmadıqda,  220 V-dan artıq olmayan elektrik ötürücüləri (naqillər) kəsildikdən sonra yanğının söndürülməsinə icazə verilməlidir.

Gərginlik altında olan məftillərin söndürülməsi üzrə DYMX bölmələrinin şəxsi heyəti tərəfindən görülən işlər müəssisə rəhbərliyinin nümayəndəsinin iştirakı ilə yerinə yetirilməlidir. Nümayəndə olmadığı hallarda bu işlər vəzifəli əməliyyat işçilərinin nəzarəti altında elektrik keçirməyən avadanlıqdan istifadə etməklə yerinə yetirilməlidir.

Nərdivan və dirsəkli qaldırıcı avtomobilləri idarə etməyə yalnız müvafiq proqram üzrə kurs hazırlığı keçmiş və onları idarə etmək üçün vəsiqə almış sürücülər buraxılmalı, nərdivan (dirsəkli qaldırıcı) avtomobilini işə hazırlamaq və işləmək qaydası istehsalçı zavodun təlimatına müvafiq olaraq yerinə yetirilməlidir. Nərdivan avtomobili bina qarşısında mümkün olan əymə bucağı hüdudlarında nərdivan dizlərinin uzadılması təmin olunan məsafədə quraşdırılmalıdır.

Nərdivan və dirsəkli qaldırıcı avtomobillərin sürücüləri yanğında (təlimdə, məşqdə) işləyərkən başlarına dəbilqə qoymalıdırlar.

Nərdivan (və yaxud dirsəkli qaldırıcı) avtomobilində işləyən zaman nərdivan (dirsəkli qaldırıcı) avtomobilinin istismarı üzrə təlimatın tələblərinə riayət etmək və başqa işləyənlərdən də tələb etmək, nərdivanın dizlərinə (qaldırıcının oxuna) odsöndürücü maddə axıdılmasına yol verməmək, havanın temperaturu - 100C olduğu halda hidravlik nasosun işə salınması üçün birləşmə muftasının pedalını rəvan sürəksiz buraxmalarla işlətmək, mühərrikin sabit dövr etdiyi halında isə pedalı buraxmaq, işdə qısa müddətli fasilələr zamanı hidravlik nasosu və mühərriki işlək vəziyyətdə saxlamaq sürücünün borcudur.

İş sahəsi dəyişdirildikdə nərdivanın dizləri (qaldırıcı avtomobilin oxları) yığışdırılaraq daşınma vəziyyətinə gətirilməli, dayaqlar qaldırılmalı, resorların bağlantısı açılmalı, güc ötürmə qutusu söndürülməlidir.

Nərdivan (dirsəkli qaldırıcı) avtomobilindən qaldırıcı kran kimi istifadə edilən zaman dizlər (oxlar) yığılı vəziyyətdə olmalıdır. Qaldırılan  yükün maksimum ağırlığı istehsalçı-zavodun müəyyən etdiyi kəmiyyətdən artıq olmamalıdır. İş zamanı istifadə olunan burazlar (iplər) sınaqdan keçirilmiş və markalanmış olmalıdır.

 Nərdivanın zirvəsinə bərkidilmiş yanğın lüləsi işləyən zaman avtomobilin istismarı üzrə təlimatın tələblərinə ciddi riayət olunmalıdır.

Nərdivan avtomobili (avtoqaldırıcı) vasitəsi ilə insanların, əmlakın xilas edilməsi, tələb olunan qüvvə və vasitələrin cəmləşdirilməsi, odsöndürücü maddələrin verilməsi zamanı nərdivan avtomobilini (avtoqaldırıcını) quyuların, lyukların və s. qapağı üstündə, həmçinin uzadılmış dirəklərin dayaq mərkəzindən uçurumlara, yarğanlara, çalalara, kanallara qədər 2,0 - 2,5 metr yaxın məsafədə, həmçinin yüksək gərginlik ötürən elektrik xətlərinin ən kənar məftilindən 30 metrdən yaxın məsafədə quraşdırmaq olmaz. Nərdivanın uzadılması zamanı yandan tarazlaşdırma avtomatını söndürmək, küləyin sürəti saniyədə 10 metrdən çox olduqda, həmçinin qaldırıcının beşiyi və nərdivanın dizləri altında adamların olduğu halda nərdivan avtomobilində (avtoqaldırıcıda) işləmək qadağandır.

Nərdivan avtomobili (avtoqaldırıcı) vasitəsi ilə insanların, əmlakın xilas və müdafiə edilməsi, tələb olunan qüvvə və vasitələrin cəmləşdirilməsi, odsöndürücü maddələrin verilməsi kimi xüsusi işlər həyata keçirilərkən istehsalçı zavodun müəyyən etdiyi qaydalara əməl olunmalıdır.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il