ENG     19 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsi yoxlanılıb

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin metodiki rəhbərliyi ilə Qaradağ rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

Məşqə Mərkəzin aidiyyəti struktur bölmələri, yerli icra hakimiyyəti orqanının mülki müdafiə qərargahı, ərazi mülki müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyəti cəlb olunub.

Məşqin keçirilməsində məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, hazırlığın tələb olunan səviyyədə saxlanılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, fövqəladə hal şəraitində birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, şəxsi heyət, texnika, avadanlıq və əmlakla komplektləşdirilməsi, eləcə də funksional vəzifələrlə bağlı məruzələri dinlənilib.

Sonda Qaradağ Rayon İcra Hakimiyyətində rayonun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin rəhbərlərinin iştirakı ilə məşqin təhlili aparılıb. Təhlil zamanı məşqin gedişində yaranan çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il