ENG     19 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi "Ağdaş rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirib.

Məşqin keçirilməsində əsas məqsəd şərti olaraq baş vermiş zəlzələ, yanğın və partlayış hadisələrinin nəticələri aradan qaldırılarkən həkimlərin və digər əməkdaşların funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyin artırılmasına, əhalinin təhlükəsizlik və müdafiə dərəcəsinin yüksəldilməsinə köməklik göstərməkdən ibarət olub.

Məşqin keçirilməsinə FHN-in Aran Regional Mərkəzinin şəxsi heyəti, "Ağdaş rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası, Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə avtomobili (şəxsi heyəti ilə birlikdə) cəlb olunub.

Məşq iki mərhələdə keçirilib. Birinci mərhələ xəbərdarlıq və toplanış siqnalı ilə başlayıb. Məşqə cəlb olunan rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb. Onlara məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar çatdırılıb. Obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib, xilasetmə işlərinə cəlb olunacaq qüvvə və vasitələrin hesabatı dəqiqləşdirilib.

 Məşqin ikinci mərhələsində fövqəladə hallar zamanı rəhbər heyətin mülki müdafiə qüvvələrini idarə etmək və düzgün qərarlar qəbul etmək bacarığı əyani nümayış etdirilib. Məşqin gedişi zamanı verilən məlumatlar xəritədə öz əksini tapıb və obyekt rəhbərinin müvafiq əmrləri hazırlanıb.

Məşqin yekunu ilə əlaqədar mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilərək təhlillər aparılıb, qarşıya çıxan nöqsan və çatışmazlıqlar müzakirə olunub.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il