ENG     19 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Mülki müdafiənin mövcud vəziyyəti müzakirə olunub

FHN-in Cənub Regional Mərkəzi Lerik Rayon İcra Hakimiyyətində "Lerik rayonunda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görülmüş işlərin yekunları və 2019-cu tədris ilində qarşıda duran vəzifələrin müəyyən edilməsi" mövzusunda müşavirə keçirib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri iştirak ediblər. 

Müşavirə mülkiyyət formasından asılı olmayaraq Lerik rayonunda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə mülki müdafiə işinin təşkili, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması, eləcə də ehtimal olunan fövqəladə halların qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması istiqamətində birgə fəaliyyətin təşkili məqsədilə keçirilib. Həmçinin toplantının təşkilində əsas məqsəd qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zamanı FHN-in regionda fəaliyyət göstərən qurumları ilə rayonun aidiyyəti idarə, təşkilat və müəssisələri arasında qarşılıqlı fəaliyyətin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbir zamanı mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması ilə bağlı məruzələr edilib, suallar cavablandırılıb.

Müşavirənin sonunda müvafiq idarə, təşkilat və müəssisə rəhbərlərinin təklifləri dinlənilib, Mərkəz rəhbərliyi tərəfindən qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib.

*****

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonlarda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirələr keçirilib.

Müşavirələrdə rayon icra hakimiyyəti başçılarının birinci müavinləri - rayon fövqəladə hallar komissiyalarının sədrləri və rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiəyə cavabdeh şəxslər, qərargah rəisləri iştirak ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd Regional Mərkəzin əhatə etdiyi rayonlarda mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, planlaşdırlması, fövqəladə hadisələrdən qorunmaya dair biliklərinin təbliği, əhalinin baş verə biləcək fövqəladə hallara hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olub.

Müşavirələrdə rayon icra hakimiyyətləri ilə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin birgə "Qarşılıqlı fəaliyyət planı"ndan söhbət açılıb,  qeyd edilən məsələlər barədə müzakirələr aparılıb, qarşıda duran vəzifələrdən danışılıb.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il