ENG     19 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Bakı Regional Mərkəzində dəyirmi masa keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə birgə fəaliyyəti" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı bu sahədə mövcud vəziyyətin müzakirə edilməsi, problemlərin həlli yollarının, eləcə də birgə fəaliyyət üzrə perspektivlərin müəyyənləşdirilməsindən ibarət olub.

Toplantıda FHN Aparatı və qurumlarının əməkdaşları, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının, Bakı şəhəri ərazisində fəaliyyət göstərən bələdiyyələrin rəhbərliyi, enerji və qaz təchizatı, polis, təhsil və səhiyyə üzrə Bakı şəhər xidmətlərinin, Azərbaycan Avtomobil Yolları Dövlət  Agentliyi və "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin məsul şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov tədbirin əhəmiyyətini vurğulayıb, əhalinin fövqəladə hadisələrə hazırlanmasında fövqəladə hallar, yerli icra və özünüidərəetmə orqanlarının birgə fəaliyyətinin vacib olduğunu qeyd edib.

Daha sonra mövzu ətrafında interaktiv müzakirələr aparılıb, tədbir iştirakçıları ötən il ərzində görülmüş işlər, eləcə də mövcud problemlərlə bağlı çıxışlar edib, təkliflərini səsləndiriblər.

Sonda FHN Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin rəis müavini Gündüz Həmzəyev çıxış edərək mövzunun aktuallığını, eləcə də bu sahədə yerli özünüidarəetmə orqanlarının rolunu bir daha vurğulanıb, mövcud problemlərin həlli yollarını diqqətə çatdırıb.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il