ENG     19 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Qubadlı rayon H.Quliyev adına Çaytumas məktəb-liseyində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Toplantıda FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Qubadlı rayon Təhsil Şöbəsinin əməkdaşları, liseyin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqın zamanı nə etməli?", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı", "Çimərliklərdə təhlükəsizlik qaydaları"  və "112" qaynar xətti" mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Saatlı rayonu, 1 saylı şəhər tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə  Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, "112" qaynar xətti" və sair mövzularda geniş məlumat veriblər. O cümlədən, "Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması, bu kimi halların baş verməməsi və ya baş verdikdə nə etmək lazımdır" mövzusunda davranış qaydaları izah edilib.

***

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-nin yerli qurumlarının və rayon Təhsil Şöbəsinin nümayəndələrinin iştirakı ilə Ağcabədi rayonu Qaraxanlı kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə "Zəlzələ", "Sel və daşqın",  "Əyində geyim yanarkən davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "112 qaynar xəttinə müraciət qaydaları", "Odsöndürən balonlardan istifadə qaydaları" haqqında məlumatlar verilib,  videoçarxlar nümayiş olunub. Sonda kollektivi maraqlandıran suallar cavablandırılıb, maarifləndirici çap materialları paylanıb.

***

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Yasamal rayonundakı 18 nömrəli orta məktəbdə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak ediblər.

Tədbir zamanı "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı davranış qaydaları", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Odsöndürən balonlardan istifadə", "112" qaynar xətti" və "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şəki şəhər 1 saylı tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə dinləyicilərə "Fövqəladə hallar barədə ümumi məlumat", "Zəlzələ", "Sel və daşqın", "Dəm qazı", "Məişətdə yanğın zamanı davranış qaydaları", "İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları" və "112 qaynar xətti"  haqqında geniş məlumatlar verilib. Mövzular video və slaydlar vasitəsilə müşayiət olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Ağdaş rayon Şıxlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Mərkəzin əməkdaşları təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, ilkin və təxirəsalınmaz tibbi yardım barədə danışıb, mülki müdafiə tədbirləri, fərdi mühafizə vasitələri və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları haqqında ətraflı məlumat veriblər.

Tədbirdə çıxış edənlər "Zəlzələ zamanı nə etməli", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı təhlükəsi", "Sel və daşqınlar zamanı davranış qaydaları" və "112" qaynar telefon xətti" mövzularında məlumat veriblər.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il