ENG     19 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə fəaliyyətin koordinasiya məsələləri diqqət mərkəzində saxlanılıb

 Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Nazirliyin regionda yerləşən digər qurumları və Quba Rayon İcra Hakimiyyətinin birgə "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili" və "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə fəaliyyətin koordinasiya məsələləri" mövzularında seminar-müşavirə keçirib.

Quba şəhərində keçirilən tədbirdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiya məsələləri, rayonun ərazisindəki digər müvafiq problemlər müzakirə edilib, çıxış yolları barədə fikir mübadiləsi aparılıb.

Sonda  mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il