ENG     19 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Regional Mərkəzinin akt zalında "Payız-qış mövsümündə Sumqayıt RDYNİ-nin xidməti ərazisində yanğın təhlükəsizliyinin təmin olunmasında vəzifələrin icrası, problemlər və aidiyyəti təşkilatlar tərəfindən onların həlli istiqamətləri, qurumlar arasında qarşılıqlı fəaliyyət" mövzusunda müşavirə keçirilib.

Müşavirədə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq idarə və şöbələrinin nümayəndələri,  Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli özünüidarəetmə və icra orqanlarının, Xızı Rayon İcra Hakimiyyəti və bələdiyyələrin məsul şəxsləri, FHN Sumqayıt Regional Mərkəzinin və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəhbərliyi  iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini daxili xidmət polkovniki Fikrət Ələkbərov mövcud problemlərin həlli istiqamətində birgə fəaliyyətin əhəmiyyətindən danışıb, yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının qarşısında  duran vəzifələri açıqlayıb.

Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə rəisi daxili xidmət polkovnik-leytenantı Zabit Dünyamalıyev elektrik, qaz təchizatı və istehlak sahəsində təhlükəsizlik qaydalarına əməl edilməsinin, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, vətəndaşlara ziyan vurulmasına səbəb olan pozuntuların qarşısının alınması istiqamətində təxirəsalınmadan qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.  

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyətini vurğulayıb, bu sahədə Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.

Müşavirədə səslənən problemlərin həllinə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il