ENG     19 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti müzakirə edilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Nərimanov Rayon İcra Hakimiyyətində "Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti" mövzusunda rayon müşavirəsi keçirib.

Tədbirdə Nərimanov rayonunun İcra hakimiyyəti, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN-in Bakı Regional Mərkəzinin,   Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı rayonda payız-qış mövsümünə hazırlığın yekunlarına dair məlumat verib.

Tədbirdə Bakı Regional Mərkəzinin nümayəndəsi Bakı şəhərində 2017 və 2018-ci illərin müvafiq dövrü ərzində baş vermiş yanğınların müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Dövlət Yanğın Nəzarəti Xidmətinin və Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq "Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları" və "Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları" mövzularında çıxış edib, yanğınların baş vermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlər barədə danışıblar.

Çıxışlardan sonra məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.

Rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin, Təcili və təxirəsalınmaz yardım stansiyasının, Bakı Regional Qaz İstismarı Departamentinin və Polis İdarəsinin nümayəndələri müvafiq olaraq "Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti", "Yanğın zamanı ilkin tibbi yardım", "Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları" və "Baş vermiş yanğın hadisələri zamanı ictimai asayişin təşkili" mövzularında çıxışlar ediblər. 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il