ENG     19 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Cəsurluq məktəbi" açıq qapı günü keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi noyabrın 28-də Mərkəzin bazasında "Cəsurluq məktəbi" açıq qapı günü keçirib.

Açıq qapı gününün keçirilməsində məqsəd Bakı şəhəri ümumtəhsil müəssisələrinin şagirdlərini Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə yaxından tanış etməkdən ibarət olub.

Keçirilmiş digər maarifləndirmə tədbirlərindən fərqli olaraq "Cəsurluq məktəbi" açıq qapı gününün iştirakçıları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmış seçim qaydası ilə müəyyən edilib. Belə ki, tədbirdə iştirak etmiş 46 yuxarı sinif şagirdinin hər biri məhz öz gələcəyini fövqəladə hallar orqanlarında fəaliyyətlə bağlamaq istəyən gənclər olub.

Tədbir praktik və nəzəri olmaqla iki hissədən ibarət olub.

Praktik hissə zamanı əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında istifadə olunan texnika, alət və avadanlıqlar nümayiş edilib, onların iş prinsipi barədə məlumat verilib.

Mərkəzin inzibati binasının akt zalında keçirilmiş nəzəri hissə zamanı isə Mərkəzin rəis müavini Kamil Bağırov çıxış edərək tədbir iştirakçılarının öz gələcək fəaliyyətlərini məhz fövqəladə hallar orqanları ilə bağlamaq istəklərini təqdirəlayiq hesab edib.

Mərkəzin Mülki müdafiə idarəsinin rəis müavini, polkovnik Yolçu Yolçuyev "Bakı Regional Mərkəzinin fəaliyyət istiqamətləri" mövzusunda çıxış edərək Mərkəzin yarandığı gündən etibarən həyata keçirdiyi işlər və apardığı maarifləndirmə fəaliyyəti barədə qısa məlumat verib.

Toplantıda "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı davranış qaydaları", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Odsöndürən balonlardan istifadə", "112" qaynar xətti", "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

Sonda suallar cavablandırılıb.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il