ENG     19 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə hallar nazirinin müavini Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəlakət Riskinin Azaldılması üzrə Avropa Forumunda iştirak edib

Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə  heyəti 21-23 noyabr tarixlərində BMT-nin Fəlakətlərin Azaldılması Ofisinin (UN İSDR) təşkilatçılığı ilə İtaliyanın Roma şəhərində təşkilata üzv dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Fəlakət Riskinin Azaldılması üzrə Avropa Forumunda  iştirak edib.

Forumun təşkil edilməsində əsas məqsəd BMT-yə üzv dövlətlər tərəfindən Sendai Fəaliyyət Çərçivəsi sənədi üzrə görülmüş işlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, fəlakət riskinin azaldılması üzrə regional və milli strategiya və planlar vasitəsilə əldə edilmiş təcrübələrin mübadiləsi, fəlakət riskinin azaldılması sahəsində 2015-2030-cu illər üzrə çərçivə sənədinin  həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində müzakirələrin aparılması olub.

Həmçinin, səfər zamanı UN İSDR-in Avropa üzrə rəhbəri xanım Paolo Albrito ilə görüş keçirilib. Görüşdə Azərbaycanda fəlakətlərin azaldılması üzrə görülən işlər və Milli Strategiya barəsində ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il