ENG     16 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Hadisə

Respublika ərazisində baş vermiş hadisələr

••• Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür

••• Hacıqabul rayonunda "Land Rover" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yol kənarındakı elektrik dirəkləri yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər çirkab su quyusuna düşərək köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşı quyudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.

••• Bakı şəhərinin Yasamal rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan restoranın mətbəxinin taxtadan ibarət tavanı 4 kv.m sahədə və havatəmizləyici qurğuda yağ qalıqları yanmışdır. Restoranın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Hacıqabul rayonunda "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğından yaxınlıqdakı elektrik dirəyi mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 550 kv.m olan tikilinin (kafe və avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 350 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi və 1 ədəd "QAZ" markalı minik avtomobili yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Saatlı rayonunun Çolpı kəndində ümumi sahəsi 117 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Ev əşyaları qismən və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il