ENG     19 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Oktyabr 2018-ci il
N 31 (589)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbdə "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqın zamanı nə etməli?", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı", "Çimərliklərdə təhlükəsizlik qaydaları" və "112" qaynar xətti"  mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur.

***

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Goranboy rayon Şəfəq kənd tam orta məktəbinin kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqınlar zamanı davranış qaydaları","Odsöndürücü balonlardan istifadə qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "112" qaynar xətti" mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuş, maarifləndirici çap materialları paylanmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə şəhəri Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, "112" qaynar telefon xətti", odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunmuşdur.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Qusar şəhər 4 nömrəli tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen xarakterli fövqəladə halların yaranma səbəbləri, yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilmişdir.  

***

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağcabədi rayon Nəcəfqulubəyli kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda fövqəladə hallar barədə ətraflı məlumat verilmiş, "Sel və daşqınlar", "Dəm qazı", "Məişətdə civə dağılmaları", "Zəlzələ" və "112" qaynar xətti"nə müraciət qaydaları", "Odsöndürən balonlardan istifadə qaydaları" mövzularında məruzələr edilmiş, mövzulara aid videoçarxlar nümayiş olunmuşdur.

Görüşdə Ağcabədi rayon DYMH-nin və Qarabağ Regional DYNİ-nin əməkdaşları, rayon Təhsil Şöbəsinin nümayəndəsi, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il