ENG     19 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Oktyabr 2018-ci il
N 31 (589)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı dünya çempionu olmuşdur

Oktyabrın 4-7  tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində kişi və qadınlar arasında WRPF (Poverlifting) üzrə Dünya çempionatı keçirilmişdir.

Çempionatda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov da ölkəmizi təmsil edən 13 idmançı arasında yer almışdır. R.Xəlilov əvvəlki yarışlarda olduğu kimi, bu dəfə də əzmkarlıqla mübarizə apararaq rəqiblərindən üstün olduğunu sübut etmiş və Dünya çempionu adına layiq görülmüşdür.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı, 2 qat dünya çempionu və fəxri idman ustasıdır.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il