ENG     17 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Oktyabr 2018-ci il
N 31 (589)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin final mərhələsinə yekun vurulmuşdur

Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin peşə, fiziki hazırlığının yüksəldilməsi və eləcə də Yanğın-xilasetmə idmanının Fövqəladə Hallar Nazirliyi əməkdaşları arasında populyarlaşdırılması, idmansevər gənclər arasında bu idman növünün təbliği məqsədi ilə yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin final mərhələsinə yekun vurulmuşdur.

Yarışda Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin zonalar üzrə keçirilmiş birinci mərhələsinin final mərhələsinə vəsiqə qazanmış qaliblərinin iştirak etdiyi 100-dən artıq idmançının təmsil olunduğu 13 komanda 3 mərhələdə - təlim qülləsinə qalxmaq, 100 metrlik maneə zolağını dəf etmək və döyüş açılışı üzrə öz qüvvələrini sınamışlar. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən yarışın başa çatması münasibəti ilə  oktyabrın 8-də Bakı şəhəri NM üzrə YMD-nın idman bazasında tədbir keçirilmişdir.

Tədbirdə yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin qalibləri elan olunmuşdur. Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyində hücum nərdivanı ilə təlim qülləsinin 4-cü mərtəbəsinə qalxmaq üzrə mübarizədə 1-ci yerə Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin böyük yanğınsöndürəni Əmin Kərimxanlı, 2-ci yerə Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin manqa komandiri Seymur Məmmədov, 3-cü yerə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin yanğınsöndürəni Asəf İbrahimov çıxmışdır.

100 metrlik maneəli zolaq üzrə yarışda isə qalib Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin yanğınsöndürəni Anar Quliyev olmuşdur. Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin manqa komandiri Seymur Məmmədov 2-ci yerlə, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürəni Vüsal Tahirov isə 3-cü yerlə kifayətlənmişdir.

Döyüş açılışı üzrə yarışda Xəzər rayon Dövlət Yanğından Mühafizə Hissəsi 1-ci, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi 2-ci, Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsi isə 3-cü yerə çıxmışdır.

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin nəticələri ümumiləşdirilərək komanda üzrə qaliblər müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 2-ci komandası yarışın komanda üzrə qalibi olmuşdur. 2-ci yerdə Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası, 3-cü yerdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandası qaliblər sırasında olmuşdur.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavinləri, daxili xidmət polkovnikləri Rasim Kərimov və Rza Xudiyev tərəfindən qaliblərə medal və diplomlar, qiymətli hədiyyələr təqdim edilmişdir.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il