ENG     17 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Seminar-müşavirədə qarşılıqlı fəaliyyətin təşkli, qarşıda duran vəzifələr və problemlər müzakirə edilmişdir

Fövqəladə Hallar Nazirliyi Baş Əməliyyat İdarəsinin və Qarabağ Regional Mərkəzinin  birgə təşkilatçılığı ilə Tərtər rayon Gənclər Mərkəzində  "Fövqəladə Hallar Nazirliyinin qurumları ilə Tərtər rayon yerli icra və özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkli, qarşıda duran vəzifələr və problemlər" mövzusunda seminar-müşavirə keçirilmişdir.

Müşavirənin keçirilməsində əsas məqsəd region ərazisində ehtimal olunan fövqəladə halların qarşısının alınması, eləcə də baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, eləcə də rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələrlə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur.

Müşavirədə FHN-in Qarabağ Regional Mərkəzi ilə regionda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılmış, bu planların həyata keçirilməsi zamanı qarşıya çıxan problemlər barədə ətraflı məlumat verilmiş, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə, yanğınsöndürmə avadanlıqlarından istifadə, eləcə də yanğın, tikinti sektorunda texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyi bir daha tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Həmçinin tədbirdə avtomobil yollarının, hidrotexniki qurğuların, yanacaq və maye qaz doldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması, meşə zolaqlarında yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması, eləcə də mövsüm ərzində elektrik və qazdan istifadəsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi barədə qabaqlayıcı tədbirlərin hazırlanıb həyata keçirilməsinin zəruriliyi qeyd edilmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Baş Əməliyyat İdarəsinin, Qarabağ Regional Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli qurumlarının rəhbərliyi və əməkdaşları, eləcə də Tərtər rayon İcra Hakimiyyətinin məsul şəxsləri, yerli icra və özünüidarəetmə orqanları, rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il