ENG     17 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Oktyabr 2018-ci il
N 31 (589)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Kiçikhəcmli gəmi sürücülərinə təhlükəsizlik qaydaları izah edilmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Pirallahı rayon Gürgan qəsəbəsinin dənizkənarı ərazilərində kiçikhəcmli gəmi istifadəçiləri üçün "Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Bakı Regioanl Mərkəzinin əməkdaşları da iştirak etmişlər.

Görüşdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilmişdir. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılmışdır.

Eyni zamanda kiçikhəcmli gəmi sürücüləri xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndirilmişlər.

Sonda tədbir iştirakçılarına maarifləndirmə xarakterli broşürlər paylanılmışdır.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il