ENG     16 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Aran Regional Mərkəzi məktəblərə metodiki köməkliyi davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 2-ci, 5-ci, 6-cı,10-cu və 11-ci siniflərdə mülki müdafiənin tədris olunmasına metodiki köməklik göstərilməsi məqsədilə Yevlax  rayonunun  Xanabad və Hacıselli kənd məktəblərində, eyni zamanda Aran qəsəbə 2 nömrəli tam orta məktəbində məşğələlər keçirmişdir.

Məşğələlərə məktəblərin rəhbərləri, sinif rəhbərləri və şagirdlər cəlb edilmişdir. Tədbirlərdə baş verə biləcək təbii və texnogen xarakterli hadisələrdən qorunma üsullarının tədris metodikaları əyani göstərilmişdir. İştirakçılara, həmçinin ölkə ərazisinə və yaşadıqları bölgələrə xas olan təbii fəlakətlər barədə ətraflı məlumat verilmiş, baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarından, yanğının söndürülməsi, fərdi və kollektiv müdafiə vasitələrindən istifadə üsullarından söz açılmışdır.

Məşğələlərdən sonra müvafiq əyani tədris vəsaitləri məktəb rəhbərliyinə təqdim olunmuşdur.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il