ENG     16 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Yardım qəbul edən ölkənin dəstəyi üzrə ilk işçi görüşü keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində oktyabrın 4-də Avropa İttifaqının "Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri" üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində "Yardım Qəbul Edən Ölkənin Dəstəyi" üzrə ilk işçi görüşü keçirilmişdir. Görüşdə Şərq proqramının mütəxəssisləri də iştirak etmişlər.

Tədbirdə PPRD East II Şərq proqramı çərçivəsində yardım qəbul edən ölkənin dəstəyi sahəsində həyata keçirilmiş fəaliyyətlər və bu sahədə əldə olunmuş nailiyyətlər təqdim edilmişdir. Görüşdə, həmçinin Avropa İttifaqının "MOLDEX 2017" genişmiqyaslı sahə təlimində yardım qəbul edən ölkənin dəstəyi sahəsində əldə olunmuş təcrübə ilə də tanış olmuşlar.

Tədbirdə yardım qəbul edən ölkənin dəstəyi sahəsində cavabdeh olan dövlət orqanları və mülki müdafiə fəaliyyətinə cəlb olunmuş digər tərəfdaşların vəzifələri və funksiyaları nəzərdən keçirilmişdir. Eyni zamanda fəlakətlər zamanı qarşılıqlı fəaliyyəti nəzərdə tutan və Avropa İttifaqının yardım qəbul edən ölkənin dəstəyi ilə bağlı qaydalarını nəzərə almaqla hazırlanacaq standart əməliyyat prosedurları və qurumlararası əlaqələndirmə, qanunvericilik bazasının inkişaf etdirilməsi üzrə plan müzakirə olunmuşdur.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin, Fövqəladə Hallar, Səhiyyə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Dəniz Agentliyinin, Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndələri iştirak etmişlər.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il