ENG     16 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunmuşdur

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında oktyabrın 5-də Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını "Beynəlxalq Müəllimlər günü" münasibəti ilə təbrik edərək bildirmişdir ki, müəllimlər dünyada ən çətin, eyni zamanda ən şərəfli və gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, gözəl əxlaqa malik insanlar yetişir. Gənc nəslin tərbiyəsində, onların layiqli vətəndaş kimi yetişməsində, dünyagörüşünün formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Ulu öndər Heydər Əliyevin "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram" kəlamını xatırladan natiq Dahi Rəhbərin respublikamıza rəhbərlik etdiyi bütün illərdə müəllim əməyinə çox yüksək qiymət verdiyini bildirmişdir. Akademiyanın rəisi Prezident İlham Əliyevin də Ümummilli Liderin müdrik siyasətini davam etdirərək təhsil sahəsinə xüsusi diqqət və qayğı ayırdığını nəzərə çatdırmışdır.

Sonra Akademiyanın rəis müavini polkovnik Aslan Hüseynov və başqaları müəllimləri səmimi qəlbdən təbrik etmiş, onlara nailiyyətlər arzulamışlar.


 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il