ENG     17 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Oktyabr 2018-ci il
N 31 (589)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Mübarizlər" ekstremal idman marafonu üzrə qalib komanda təltif olunmuşdur

Oktyabrın 6-da Fövqəladə Hallar Nazirliyində "Mübarizlər" ekstremal idman marafonu üzrə respublikanın güc strukturlarının komandaları arasında keçirilmiş yarışda birinci yer tutmuş Fövqəladə Hallar Nazirliyinin komandasının üzvlərinin təltif olunma mərasimi keçirilmişdir.

Tədbirdə iştirak edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev qalib gəlmiş komanda üzvlərini təbrik etmiş, onlara gələcək yarışlarda yeni-yeni uğurlar arzu etmişdir.

Xatırladaq ki, sentyabrın 29-da Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzində "Gilan Holding"in, FHN-in, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri -"Mübarizlər" yarışı keçirilmişdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il