ENG     14 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Neft sənayesinin neftvurma nasos stansiyalarında yanğın təhlükəsizliyi tədbirləri

Neft sənayesinin neftvurma nasos stansiyalarının yanğın təhlükəsizliyini təmin etmək üçün qüvvədə olan norma və qaydalarda yanğın təhlükəsiziliyi ilə bağlı bir sıra tələblərə əməl olunmalıdır. Belə ki, neftvurma nasos stansiyaları istismar olunarkən işıqlandırma sistemi partlayışdan mühafizəli xüsusi lampalarla  təchiz edilməli, nasoslar yerləbirləşdirmə sistemi ilə təmin olunmalıdır.

Neftvurma nasos stansiyalarında ilkin yanğınsöndürmə vasitələri olmalı, yalnız partlayışdan mühafizəli elektrik mühərriklərindən istifadə edilməlidir. Nasosxanada istifadə edilmiş yağlı silgi materialları stansiyadan kənara atılması üçün xüsusi qutulara (qapaqlı) yığılmalıdır.

 Nasosxanalarda  iş vaxtı nasos və boru kəmərlərinin germetikliyinə, nasosun sürtünən hissələrinin yağlanmasına, həmçinin yastıq və kipkəclərinin temperaturuna daim nəzarət edilməlidir. Nasosun kipkəclərindən və boru kəmərlərinin birləşmələrindən sızma aşkar edilərsə, nasazlıq dərhal aradan qaldırılmalıdır.

Neftvurma nasos stansiyalarında sürtkü yağlarının axmasına, sıçramasına və onların nasosların altına yığılmasına yol verilməməlidir. Nasosxananın döşəmələri təmiz saxlanılmalı və müntəzəm olaraq yağsızlaşdırıcı qatılmış su ilə və ya KYV-2 tipli köpükləndirici yuyucu vasitə ilə yuyulmalıdır. 

Siyirtmə qovşaqlarının yerləşdiyi yerlərdə mayenin hidravlik sürgüdən keçərək sənaye kanalizasiyasına axıdılması üçün qanov quraşdırılmalıdır.

Əgər mayenin sənaye kanalizasiyasına axıdılması mümkün olmadıqda qapalı quyu quraşdırılmalı, sonra isə nasos vasitəsi ilə orada yığılmış maye lazım olan yerə vurulmalıdır.

   İş qurtardıqdan sonra nasosun qəbuledici və atqı boru xətlərindəki və çənlərin yanındakı siyirtmələr bağlanmalı, sahə nəzərdən keçirilməli, tökülmüş neft yığılmalı, bütün qurğular və işıqlandırma mənbəyi söndürülməlidir.

  Nasos stansiyalarının binalarında istismar olunan ventilyasiya qurğularının saz və fasiləsiz işləməsi təmin olunmalıdır.

  Ventilyasiya sisteminin nasaz və ya söndürülmüş vəziyyətində nasosların işə salınmasına icazə verilmir.

Neftvurma nasos stansiyalarında yanğın təhlükəsizliyi tədbirəri   haqqında "Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları"ndan daha ətraflı məlumat əldə etmək olar.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il