ENG     23 Senyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
21 Senyabr 2018-ci il
N 29 (587)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili məsələləri diqqət mərkəzində saxlanılmışdır

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Goranboy rayon Suvarma sistemləri idarəsində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirmişdir.

Məşqin keçirilməsində məqsəd şərti olaraq baş vermiş zəlzələ, yanğın və partlayış hadisələrinin nəticələri aradan qaldırılarkən işçilərin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyin artırılmasına, əhalinin təhlükəsizlik və müdafiə səviyyəsinin yüksəldilməsinə köməklik göstərməkdən ibarət olmuşdur. Məşqin keçirilməsinə  Aran Regional Mərkəzinin şəxsi heyəti, Ağdam rayon Mərkəzi Xəstəxanasının bir ədəd texnikası və tibb heyəti, Goranboy Suvarma sistemləri idarəsinin mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası cəlb olunmuşdur.

Məşq iki mərhələdə keçirilmişdir. Birinci mərhələ xəbərdarlıq və toplanış siqnalı ilə başlamış, məşqə cəlb olunmuş rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanmış və idarənin rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar çatdırılmışdır. Obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilmiş, xilasetmə işlərinə cəlb olunacaq qüvvə və vasitələrin hesabatı dəqiqləşdirilmişdir. Məşqin ikinci mərhələsində fövqəladə hallar zamanı rəhbər heyətin mülki müdafiə qüvvələrini idarə etmək və düzgün qərarlar qəbul etmək bacarığı əyani nümayış etdirilmişdir.

Məşqin yekunu ilə əlaqədar mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilərək təhlillər aparılmış, qarşıya çıxan nöqsan və çatışmazlıqlar müzakirə olunmuşdur.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il