ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Heydər Əliyev adına Müasir Təhsil Kompleksində maarifləndirimə tədbiri keçirmişdir.

Tədbirdə təhsil kompleksinin müəllim və texniki heyəti, şagirdləri iştirak etmişlər.

Toplantıda Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları "Təhsil müəssisələrində yanğın təhlükəsizliyi" mövzusunda çıxış etmiş və ilkin odsöndürən balonlardan istifadə qaydalarını əyani surətdə nümayiş etdirmişlər.

Tədbirin sonunda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim və şagirdlərinə DYNX tərəfindən nəşr olunmuş "Təhsil müəssisələrində yanğın təhlükəsizliyi" kitabçası və bu mövzuda çap edilən plakatlar, bukletlər paylanılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər 67 nömrəli uşaq bağçasında "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəssisə əməkdaşlarının fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, bağçalarda baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, bağçanın müəllimləri iştirak etmişdir.

Toplantıda "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqın zamanı nə etməli?", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı", "Çimərliklərdə təhlükəsizlik qaydaları" və "112" qaynar xətti"  mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Zaqatala Regional qaz istismar idarəsinin Qəbələ rayon xidməti sahəsində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda tədbir keçirmişdir.

Tədbirdə Qəbələ rayon qaz xidməti sahəsinin kollektivi iştirak etmişdir.

Toplantıda dinləyicilərə "Fövqəladə hallar barədə ümumi məlumat", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazından zəhərlənmənin profilaktikası", "Sel və daşqın", "Zəlzələ", "İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları" və "112" qaynar xətti" haqqında geniş məlumatlar verilmişdir. Mövzular video-slayd vasitəsilə müşayiət olunmuşdur. Sonra qaz istismar sahələrində fövqəladə hallarla bağlı mövzulara diqqətin artırılması, həmçinin, bu səpgidə təbliğat guşələrinin yaradılması tövsiyə olunmuş, mövzu ətrafında suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz rayon Telekommunikasiya Qovşağında "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbirdə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, mülki müdafiə işinin təşkili, su hövzələrində təhlükəsizlik, məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları və elektrikdən istifadə zamanı təhlükəsizlik tədbirlərinə dair məruzələr edilmiş, müzakirələr aparılmışdır. Seminar-müşavirədə, həmçinin məişətdə və nəqliyyatda yanğın, zəlzələ, torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydalarından söz açılmış, odsöndürücü balonlardan istifadə üsullarından və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında "112" qaynar xətti"nin rolundan danışılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Ağstafa rayon İcra Hakimiyyətinin akt zalında "Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi, mədəni sərvətlərin evakuasiya edilməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi" mövzusunda dəyirmi masa keçirmişdir.

Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin, Ağstafa rayon İcra Hakimiyyətinin, yerli icra, özünüidarəetmə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.

Ağstafa rayonunda baş vermə ehtimalı olan fövqəladə hadisələr zamanı əhalinin müvəqqəti köçürülməsi, maddi, mədəni sərvətlərin evakuasiyası və digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması istiqamətində görülmüş işlər, mövcud olan problemlər, daha mükəmməl planların tərtibi və qarşıda duran vəzifələr barədə çıxışlar edilmişdir.

Sonda mövcud problemlərin araşdırılması, həlli istiqamətində vacib addımlar atılması üçün yerli icra nümayəndələrinə və bələdiyyə sədrlərinə müvafiq göstərişlər verilmiş, təkliflər səsləndirilmişdir. 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il