ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Ümumtəhsil məktəblərində sinif rəhbərləri ilə mülki müdafiə sahəsində metodiki toplantılara start verilmişdir

Sentyabrın 3-dən FHN Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonların ümumtəhsil məktəblərinin  2-ci, 5-ci və 6-cı sinif rəhbərləri ilə mülki müdafiə sahəsində metodiki toplantıların keçirilməsinə start verilmişdir.

Kurslar sinif rəhbərlərinin sözügedən sahədə bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilmişdir. Kurslarda müəllimlərə məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə müvafiq biliklərin aşılanması üzrə metodiki tövsiyələr verilmişdir.

Kursların gedişində iştirakçılara Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyəti, fövqəladə hallar zamanı məktəb və sinif miqyasında həyata keçirilməli olan təxirəsalınmaz tədbirlər, kollektiv mühafizə vasitələrindən istifadə, güclü zəhərli, radioaktiv, bioloji, bakterioloji maddələrlə zəhərlənərkən, infeksion xəstəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünəyardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə mühazirələr oxunmuşdur.

Sülh və müharibə dövründə mülki müdafiənin vəzifələri və təşkili, respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları, hava həyəcanı siqnalı şəraitində davranış haqqında verilmiş ətraflı məlumatlar da dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.

Kurslarda mövzular ətrafında diskussiyalar aparılmış və suallar  cavablandırılmışdır. 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il