ENG     26 Senyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
21 Senyabr 2018-ci il
N 29 (587)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Xüsusi Riskli Xilasetmə Xidməti xüsusi-taktiki təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilə birgə metronun "Nizami" stansiyasında "Xidmətin xilasedici qruplarının çağırış zamanı hərəkətləri" mövzusunda xüsusi-taktiki təlim keçirmişdir.

Təlim əsasən XRXX şəxsi heyətinin xəbərdaretmə sxeminə uyğun olaraq müəyyən edilmiş vaxt çərçivəsində təyin olunmuş ərazidə toplanışının yoxlanılması, xilasetmə və mühafizə işlərinin təşkili sahəsində təcrübələrinin artırılması, şəxsi heyətin Metropolitendə (real şəraitə uyğun olaraq) xilasetmə, mühafizə və ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi sahələri üzrə praktiki bilik və bacarıqlara daha dərindən yiyələnməsinə nail olmaq məqsədilə keçirilmişdir. Həmçinin təlimin keçirilməsində məqsəd xilasetmə və mühafizə işlərinin təşkilində komandirlərin bacarıqlarının və qərargahın uzlaşmasının praktiki fəaliyyətdə yoxlanılmasından, metro stansiyalarında partlayıcı qurğuların zərərsizləşdirilməsi prosesinin öyrənilməsindən ibarət olmuşdur. Bundan əlavə, stansiyalarda və hərəkət qatarlarında axtarış və qəza-xilasetmə işlərinin aparılması zamanı XRXX-nin və "Bakı Metropoliteni"nin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi əsas məqsədlərdən biri olmuşdur.

İlkin olaraq Xidmətin idarə və dəstələrinin hazırlıq vəziyyətinə gətirilərək təlim üzrə sənədlərin dəqiqləşdirilməsi və hadisə yerinə yürüş həyata keçirilmişdir. Şərti olaraq hadisə yerinə yaxın olan xilasetmə qrupları, kinoloqlar, mühafizəçilər, pirotexniklər xüsusi təyinatlı nəqliyyat vasitələri ilə hadisə yerinə yollanmışlar.

Xidmətin digər şəxsi heyəti toplanış məntəqəsinə gələrək idarə, dəstə və qrup komandirlərinin göstərişinə əsasən, hadisə yerində xilasetmə və mühafizə işlərində iştirak etmək üçün hazırlıq tədbirlərinə başlamışlar. Hadisə yerində komanda-qərargah məntəqəsi və tibb məntəqəsi yaradılmışdır. Şərti fövqəladə hallar rayonuna çatmış mühafizəçilər Metropolitenin əməkdaşları ilə birlikdə stansiyanın ərazisini mühafizə etmiş, kənar şəxslərin stansiya ərazisinə daxil olmasının qarşısını almışlar.

Şərti baş vermiş hadisə yerinə çatmaq üçün xilasedicilər stansiya rəisinin göstərişlərinə uyğun olaraq təyin edilmiş bələdçilərlə hərəkət etmişlər. Xilasedicilər hadisə yerinə çatdıqdan sonra kəşfiyyat işlərinə başlamışlar.

Ən müasir xüsusi geyimlərlə və avadanlıqlarla təchiz olunmuş xilasedicilər kəşfiyyat zamanı qatarın relsdən çıxaraq şərti qəzaya uğraması, çoxlu sayda sərnişinlərin xəsarət alması barədə qrup komandirlərinə məlumat vermişlər. Məlumat verildikdən sonra xilasedicilər dərhal xilasetmə işlərinə başlamış, xilasetmə alət və avadanlığından istifadə edərək şərti qəzaya uğramış qatardan zərərçəkmişləri çıxarmış, onlara ilk tibbi yardım göstərmiş və xərəklər vasitəsilə metropolitenin şəxsi heyəti ilə birlikdə təxliyə işlərini həyata keçirmişlər.

Xüsusi-taktiki təlimin yekunu olaraq xilasedici, pirotexnik-istehkam qrupları qəza-xilasetmə işləri sona çatdıqdan sonra kinoloqlarla birlikdə hadisə yerinə təkrar baxış keçirərək komanda-qərargah məntəqəsinə məruzə etmişlər.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il