ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Tibb işçilərinə fövqəladə hallar zamanı davranış qaydaları barəsində ətraflı məlumat verilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 15 ?-li Birləşmiş Şəhər Xəstəxanasında "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı davranış qaydaları", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Odsöndürən balonlardan istifadə", "112" qaynar xətti" və "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

*****

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi əməkdaşlarının iştirakı ilə  Balakən rayon Qabaqçöl qəsəbə Xəstəxanasında "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Topantıda Mərkəzin əməkdaşları "Fövqəladə hallar barədə ümumi məlumat", "Sel və daşqın", "Zəlzələ", "Dəm qazı", "Məişətdə yanğın zamanı davranış qaydaları", "İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları" və "112" qaynar xətti"  mövzularında çıxışlar etmiş, sualları cavablandırmışlar.

*****

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Horadiz şəhər Xəstəxanasında "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda müşavirə keçirmişdir.

Görüşdə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilmiş, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları barədə, eyni zamanda "112" qaynar xətti" haqqında məlumat verilmiş, mövzularla bağlı hazırlanmış videoçarxlar nümayiş olunmuşdur.

Daha sonra tibb müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il