ENG     14 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin taktiki-xüsusi təlimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin təlim sahəsində Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilmişdir.

 "Beynəlxalq axtarış-xilasetmə tədbirlərində dəstənin fəaliyyətinin təşkili" mövzusunda keçirilən təlim zamanı qarşıya qoyulan əsas məqsədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarının Beynəlxalq axtarış-xilasetmə dəstəsinə namizədliyi təklif olunmuş əməkdaşlarının İNSARAG qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi, dəstənin hazırlıq dərəcəsinə gətirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi sahələrində bilik və bacarıqların artırılmasından ibarət olmuşdur.

Təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədi ilə təqdimatlar edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Təlim zamanı Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şərti olaraq  yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsi üçün hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerində yaranmış vəziyyətin qiymətləndirilməsi və müvafiq qərarların qəbul edilməsi, hündürlükdən və dağıntılar altından zərərçəkənlərin xilas edilməsi üzrə tədbirlər yerinə yetirilmişdir.

Təlim zamanı əsas səylər şəxsi heyətin axtarış-xilasetmə fəaliyyəti sahəsində biliklərinin daha da artırılmasına, o cümlədən dəstənin hazırlıq vəziyyətinə gətirilməsi və hadisə rayonuna yürüşün həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsi, əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, eləcə də həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanmasına yönəldilmişdir.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.

 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il