ENG     16 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Taxıl yığımı zamanı kombayn sürücüləri yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidir

Taxılyığan kombaynların idarə olunmasına icazə 18 yaşı tamam olmuş və sürücülük vəsiqəsi olan şəxslərə verilir. Sürücü köməkçisinin yaşı da 18-dən az olmamalıdır.

Məhsul yığımında iştirak edən kombayn sürücüləri, onların köməkçiləri, eləcə də işə cəlb olunan digər şəxslər xüsusi proqram üzrə hazırlanmış əməyin mühafizəsi və yanğına qarşı təlim keçməlidirlər. Əməyin mühafizəsi və yanğına qarşı təlim keçməyən şəxslərin məhsul yığımında iştirak etməsinə icazə verilməməlidir.

İşə başlamamışdan əvvəl xüsusi geyimdən (kombinezon), baş örtüyündən və ehtiyac olduğu hallarda qoruyucu eynəklərdən istifadə etmək lazımdır.

Kombaynlarda əlavə oturacaqların qoyulması qəti qadağandır.

İşə başlayarkən kombayn sürücüsü kardanın, dişli və qayışlı ötürücülərin, hərəkətdə olan mexanizmlərin örtüklərinin saz olmasını yoxlamalıdır. Bunlar nasaz olduğu zaman işlərin aparılması qadağan olunur.

Kombaynda təmir üçün alətlər, qoruyucu tent, içməli su, ilkin tibbi yardım üçün ləvazimat və ilkin yanğınsöndürmə vasitələri olmalıdır.

Kombaynın idarəetmə meydançası, oturacaqları, pilləkəni və məhəccəri təmiz və saz vəziyyətdə olmalıdır. İdarəetmə meydançasının və pilləkənə qıraq əşyaların qoyulması yolverilməzdir.

Akkumulyator kombayna bərkidilməlidir və qapağı bağlanmalıdır, üst hissəsi daim təmiz olmalı, klemalar sıxılmalı, naqillər texniki vazelinlə sürtülməlidir.

Bıçaqların dəyişdirilməsi mühərrik söndürülmüş vəziyyətində aparılmalıdır.

Mühərriki ancaq kombaynın sürücüsü işə salmalıdır.

Kombaynı yedəkdə və sair yollarla işə salmaq qəti qadağandır.

İşlək mexanizmlərin yoxlanılması, tənzimlənməsi, kəsiçi hissələrin təmizlənməsi, remenlərin bərkidilməsi və təmiri kombaynın mühərrikinin söndürülmüş vəziyyətində aparılmalıdır.

Xidmətçi personalın kombaynın yanında, altında, yol qırağında, taxıl sahəsində və s. yerlərdə istirahət etməsi qəti qadağandır. İstirahətə ancaq taxıl sahəsindən kənarda xüsusi və aydın görünən yerlərdə icazə verilir.

Güclü yağış yağan zaman və şimşək çaxanda kombaynçı işi dayandırmalı və maşını tərk edərək 80 metr aralı məsafəyə çəkilməlidir.

Şimşək çaxan zaman zəmidə yüksək gərginlikli elektrik xətlərindən ən azı 20 metr aralı məsafədə dayanmaq olar.

Kombaynlar biçinə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçməli və onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri yoxlanılmalıdır.

Mütəmadi olaraq mühərrikin başlığının kollektorla birləşməsinin kipliyi və işlənmiş qazın çıxması üçün borunun kollektorla birləşməsinin, eyni zamanda işlənmiş qazın çıxması üçün boruda olan qığılcımsöndürənin sazlığı yoxlanılmalıdır.

Xüsusi ilə mühərrikin yanında yağın və ya yanacağın axmasına yol verilməməlidir.

Kombaynda elektrik naqilləri bərk bərkidilməli və etibarlı izolyasiya olunmalıdır. Elektrik naqilləri sallanmamalı və ya mühərrikin işlək hissələrinə toxunmamalıdır.

Mühərrikin çox qızmasına yol verilməməlidir.

Kombaynın mühərriki işləyən zaman yanacağın doldurulmasına icazə verilmir. Yanacaq və yağ əlavə edərkən onların digər yerlərə axmasının qarşısı alınmalıdır.

Yanacağı kombayna xüsusi dayanacaqda əlavə etmək olar, yənı şumlanmış və quru otdan təmizlənmiş yerlərdə. Dayanacaq yaşayış yerlərindən 80-100 metr aralıda, kombaynlar isə bir-birindən 10 metr məsafədə saxlanılmalıdır.

Sahələrdə kombayna yanacağı müstəsna hallarda və qapalı qablarla əlavə etməyə icazə verilir. Kombayna yanacağı vedrə, qıf və s. açıq qablarla əlavə etmək qadağan olunur.

Kombaynla yanacaqdoldurma aqreqatının arası 3 metrdən az olmamalıdır.

Yanacaq əlavə olunduqdan sonra onun səviyyəsinə kibrit, şam və məşəllə baxmaq qəti qadağandır.

Mütəmadi olaraq mühərrik və elektrik naqilləri toz, yağ və samandan təmizlənməlidir.

Yanğınsöndürmə balonundan istifadə etməyi bacarmaq lazımdır.

Kombaynda yanğınsöndürmə balonunun üstünə paltar və ya diğər əşyaların asılmasına icazə verilmir. Bu yanğınsöndürmə balonunun korlanmasına və tələb olunan vaxt onun tez götürüb istifadə olunmasına mane olar.

Kombaynda yanğın baş verən zamanı ilk növbədə maşını saxlayıb, mühərriki söndürüb, dərhal kabinanı tərk edərək yanğının qarşısını almaq lazımdır. Əgər yanğın zamanı kabinanı qapıdan tərk etmək mümkün olmursa, onda kombaynın ön şüşəsini ayaqla və ya metal əşya ilə sındıraraq çıxmaq məsləhət görülür.

Yanğının qarşısını yanğınsöndürmə balonu, keçə və qum ilə almaq lazımdır

Dayanacaqda və aqreqatların yanında ocaq yandırmaq olmaz.

Kombaynın kabinasında və ya yanında siqaret çəkmək olmaz. Kombaynçıların siqaret çəkməsinə sahədən kənarda xüsusi ayrılmış yerdə icazə verilir.

Yağa bulaşmış əskiləri və s. tullantıları yığaraq metal qapaqlı qaba atmaq lazımdır.

Kombaynda 2 ədəd yanğınsöndürmə balonu, bel, qum yeşik, daşına bilən elektrik lampası, elektrik fənəri, keçə, brezent və tullantıları atmaq üçün metal qapaqlı qab olmalıdır.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin

Yanğına qarşı təbliğat şöbəsi

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il