ENG     16 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Dövlət Yanğından Mühafizə Xidməti SOCAR-ın "Azərikimya" İB "Etilen-Polietilen" zavodunda yanğın-taktiki təlimi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti SOCAR-ın "Azərikimya" İB "Etilen-Polietilen" zavodunun 30 nömrəli neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində "Neft məhsulları saxlanılan rezervuar parklarında yanğınların söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirmişdir.

Təlimin keçirilməsində məqsəd baş verə biləcək yanğının qarşısının alınması üçün DYMX-nin müvafiq bölmələrinin, eyni zamanda sözügedən müəssisənin yanğın təhlükəsizliyinə məsul şəxslərinin peşə hazırlığı səviyyəsinin yüksəldilməsindən, onların müvafiq vərdişlərinin daha da təkmilləşdirilməsindən və zəruri hərəkətlərin məşqindən ibarət olmuşdur.

Təlim plana uyğun keçirilmişdir.

Təlimdən sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət polkovniki, təlimin rəhbəri Rasim Kərimov əməkdaşların şərti yanğının söndürülməsi zamanı fəaliyyətini məsul şəxslərlə müzakirə edərək qiymətləndirmişdir. Yanğından mühafizə hissələrinin yanğın-taktiki təlimdə hərəkətləri təhlil edilərək əldə olunmuş müsbət təcrübənin gələcəkdə tətbiqi, mövcud nöqsanların aradan qaldırılması məqsədəuyğun sayılmış, həmçinin gələcəkdə döyüş hərəkətlərinin təkmilləşdirilməsi istiqamətində səmərəli tədbirlərin hazırlanması ilə bağlı tövsiyələr verilmişdir.

Təlimin nəticələri müzakirə olunarkən zavodun işçiləri ilə neft sənayesi müəssisələrində yanğınların söndürülməsi, işçi heyətin xilas edilməsi və təxliyəsi, qəzaların nəticələrinin aradan qaldırılması və digər zəruri məsələlər barədə maarifləndirici söhbətlər aparılmışdır.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il