ENG     16 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilmişdir

Fövqəladə Hallar Nazirliyində iyulun 3-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Görüşdə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Beynəlxalq Federasiyanın Avropa Regionu üzrə direktoru Simon Missiri, İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yaninda daimi nümayəndəsi, səfir Vaqif Sadıqov, FHN-in, Beynəlxalq Federasiyanın və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məsul şəxsləri iştirak etmişlər.

Qonaqları səmimi salamlayan fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə FHN-in fəaliyyətindən danışmış, görülmüş işlər, gələcək planlar barədə ətraflı məlumat vermişdir. O, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yardımlarını minnətdarlıqla xatırlatmış, yüksək səviyyəli əməkdaşlıqdan məmnun olduğunu qeyd etmişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Si Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinə məsul olan bir qurumla təmsil etdiyi beynəlxaq təşkilat arasında səmərəli əməkdaşlığın əhəmiyyətindən söz açmışdır.

Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Azərbaycanda təbii fəlakətlərin aradan qaldırılması sahəsində FHN-lə rəhbərlik etdiyi qurum arasında yüksək səviyyəli əməkdaşlığın olduğunu qeyd etmişdir.

Görüşdə Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Fövqəladə Hallar Nazirliyi arasında gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılmış, həmçinin fəlakətlər zamanı qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkmişlərə psixoloji dəstək göstərilməsi və eyni zamanda humanitar yardım sahəsində birgə əməkdaşlığa dair məsələlərdən də söz açılmışdır. Həmçinin gələcəkdə birgə təlimlərin keçirilməsinin, müştərək maarifləndirici proqramların reallaşdırılmasının vacibliyi də diqqətə çatdırılmışdır.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il