ENG     22 Iyul 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
13 Iyul 2018-ci il
N 22 (580)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Seminar-müşavirədə qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışılmışdır

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Neftçala rayon İcra Hakimiyyətində "Muğan Regional Mərkəzi əhatə etdiyi ərazilərdə Nazirliyin digər qurumları, şəhər və rayonların icra hakimiyyəti orqanları, xidmətləri, obyektləri arаsında qarşılıqlı fəaliyyətin təşkilinə nəzarət və əməli köməkliyin göstərilməsi" mövzusunda rayon müşavirəsi keçirmişdir.

Müşavirədə rayon icra hakimiyyətinin rəhbər işçiləri, FHN-in Baş Əməliyyat idarəsinin nümayəndələri, Neftçala rayon fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzinin, Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin məsul şəxsləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Vurğun Əkbərov gündəlikdə duran məsələnin aktuallığını vurğulamış və keçirilən tədbirin əhəmiyyətini qeyd etmişdir.

Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyəti strukturları, özünüidarəetmə orqanları və fövqəladə hallar komissiyası ilə birgə fəaliyyətin gücləndirilməsi haqqında çıxış edən Fövqəladə Hallar Nazirliyi Baş Əməliyyat idarəsinin Operativ idarəetmə şöbəsinin rəisi kapitan Namiq Abdullayev Muğan Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumatlar vermişdir. O, icra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edərək, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin aparılmasının vacibliyini vurğulamışdır.

Daha sonra Muğan Regional Mərkəzinin monitorinq qruplarının Neftçala rayonu ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilmiş, problemlər diqqətə çatdırılmışdır.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il