ENG     18 Iyun 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Iyun 2018-ci il
N 19 (577)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

İDMAN
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı beynəlxalq turnirin qalibi olmuşdur

Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə 28-30 may tarixlərində AAAF Park Yaşayış Kompleksinin yarış zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Pauerliftinq, benç-press və dedlift üzrə beynəlxalq turnir keçirilmişdir.

İran, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycandan olan 100-dən çox idmançının qatıldığı yarışda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov da iştirak etmişdir. İdmançımız hər zaman olduğu kimi bu dəfə də əzmkarlıqla mübarizə apararaq bütün rəqiblərindən üstün olduğunu sübut etmişdir.Rövşən Xəlilov yarışları qələbə ilə başa vurmuş və fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Onu da qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı 2 qat dünya çempionudur.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il