ENG     15 Avqust 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Avqust 2018-ci il
N 25 (583)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı yoxlanılmışdır

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Tərtər rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi keçirmişdir.

Məşqə Mərkəzin aidiyyəti struktur bölmələri, yerli icra hakimiyyəti orqanının mülki müdafiə qərargahı, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunmuşdur.

Məşqin keçirilməsində məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olmuşdur.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılmışdır.Tədbirdə həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilmişdir.

Sonda Tərtər rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstə rəhbərlərinin iştirakı ilə məşqin təhlili aparılmışdır.Təhlil zamanı məşqin gedişində yaranan çatışmazlıqlar diqqətə çatdırılmış, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il