ENG     18 Iyun 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Iyun 2018-ci il
N 19 (577)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Ən yaxşı bölmə" baxış-müsabiqəsinə yekun vurulmuşdur

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi  münasibətilə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində keçirilmiş "Ən yaxşı bölmə" adı uğrunda baxış-müsabiqəsinə iyunun 5-də yekun vurulmuşdur. Tədbir FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə təşkil edilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd yanğından mühafizə qurumlarının xüsusi biliklərinin və metodiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbulunda bölmələrin peşə və taktiki hazırlığı səviyyəsinin yüksəldilməsi olmuşdur.

Baxış-müsabiqəyə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun yanğın qarnizonları üzrə dislokasiya olunmuş yanğından mühafizə hissələri cəlb edilmişdir.

25 komandanın  cəlb olunduğu  baxış-müsabiqədə birinci yerə Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2-ci Yanğından Mühafizə Bölməsi,  ikinci yerə Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 25-ci Yanğından Mühafizə Bölməsi, üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidmətiinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 34-cü Yanğından Mühafizə Bölməsi layiq görülmüşdür.

Qaliblər FHN işçilərinin Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti  tərəfindən mükafatlandırılmışlar.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il