ENG     18 Iyun 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Iyun 2018-ci il
N 19 (577)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Sularda təhlükəsizlik

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Gəncə Regional Mərkəzi ilə birgə "Su hövzələrində təhlükəsizliyin təmin olunması" mövzusunda müşavirə keçirmişdir.

Müşavirədə Göygöl rayon İcra Hakimiyyəti və yerli icra nümayəndəliklərinin, eyni zamanda bələdiyyələrin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölməsinin, yerli Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxsləri  iştirak etmişlər.

Toplantıda Göygöl rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə məlumat verilmiş, aşkar edlmiş nöqsanlar fotoslaydların müşayiəti ilə nümayiş olunmuşdur.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tədbirdə çıxış edərək qurumun fəaliyyət istiqamətləri, yay mövsümündə sularda vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti barədə ətraflı məlumat vermişlər.

Sonda su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı məlumat verilmiş, mövzuya dair videoçarx nümayiş etdirilmişdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il