ENG     16 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Oktyabr 2018-ci il
N 31 (589)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Nərimanov rayonu 39 nömrəli tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak etmişdir.

Toplantıda "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı davranış qaydaları", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Odsöndürən balonlardan istifadə", "112" qaynar xətti" və "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur.

***

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax rayon Nərimanabad kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda FHN-in Aran Regional Mərkəzinin, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqınlar zamanı davranış qaydaları", "Odsöndürücü balonlardan istifadə qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "112" qaynar xətti" və "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzularında çıxışlar edilmişdir. Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilmiş, videoçarxlar nümayiş olunmuş, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanmış və suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər 55 nömrəli uşaq bağçasında "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, bağçanın müəllimələri və uşaqlar iştirak etmişdir.

Regional Mərkəzin əməkdaşları "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı" və "112" qaynar xətti" mövzularında məlumat vermişlər.

Sonda bağçanın rəhbərliyinə müvafiq tövsiyələr verilmiş, mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz rayonu Uzunoba kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə müəllim və şagirdlərə təbii və texnogen xarakterli fövqəladə hadisələrin başvermə səbəbləri, mülki müdafiə işinin təşkili, elektrik avadanlıqlarından, qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları haqqında məlumatlar  verilmişdir.

Toplantıda, həmçinin məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ, torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, nəqliyyat qəzalarının baş vermə səbəbləri, odsöndürücü balonlardan istifadə, təhlükəsizliyimizin təmin olunmasında  “112” qaynar xətti”nin roluna dair məruzələr edilmişdir.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il