ENG     15 Avqust 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Avqust 2018-ci il
N 25 (583)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə hallarla bağlı əhalinin maarifləndirilməsində mətbuatın rolu

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayon Heydər Əliyev Mərkəzində "Fövqəladə hallarla bağlı əhalinin maarifləndirilməsində mətbuatın rolu" mövzusunda dəyirmi masa keçirmişdir.

Dəyirmi masada FHN-in Sumqayıt Regional Mərkəzinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Xızı rayon İcra Hakimiyyətinin, "Xızı" qəzetinin əməkdaşları və yerli KİV nümayəndələri iştirak etmişdir.

Tədbirdə Regional Mərkəzin fəaliyyət istiqamətləri, gördüyü işlər, yerli KİV-lərin əhalinin maarifləndirilməsində rolundan danışılmış və gələcəkdə yerli media ilə əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanmışdır. Həmçinin bu cür tədbirlərin silsilə olaraq Regional Mərkəzin əhatə etdiyi digər rayonlarda keçiriləcəyi diqqətə çatdırılmışdır.

Sonda rayon İcra Hakimiyyətinin və yerli KİV-in nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, Mərkəzin əməkdaşları tərəfindən jurnalistləri maraqlandıran suallar cavablandırılmış və onlara maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılmışdır.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il