ENG     18 Iyun 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Iyun 2018-ci il
N 19 (577)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

YANĞINDAN MÜHAFİZƏ QURUMLARI İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRMİŞDİR

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qurumları bölgələrdə ictimaiyyət nümayəndələri ilə  görüşlər keçirmişdir.

Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Zəfər Murtuzəliyev adına 1 saylı tam orta məktəbdə keçirdiyi tədbirdə rayonun 1, 2 və 3 saylı tam orta məktəblərinin, həmçinin Zərifə Əliyeva adına liseyin müəllim və şagirdlərinə yanğınların söndürülməsində və qəza-xilasetmə işlərinin aparılmasında yanğından mühafizə qurumlarının rolu, istismarda olan yanğın avtomobillərinin taktiki-texniki göstəriciləri, nəfəs orqanlarının mühafizə vasitələrinin tətbiq olunma qaydaları haqqında məlumat verilmiş, yanğın avtomobillərinin üzərində olan alət və avadanlıqların,  döyüş paltarlarının və istilik əksetdirici kostyumların, fövqəladə hallar zamanı kəsici-pnevmatik alətlərlə müxtəlif kəsmə-doğrama əməliyyatlarının,  yanğın avtomobilləri ilə döyüş açılışı əyani şəkildə nümayiş olunmuşdur.

Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsində yanğın texnikalarının nümayişində rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, əhali və məktəb şagirdləri iştirak etmiş, onlara yanğınların söndürülməsində, qəza-xilasetmə işlərinin aparılmasında yanğından mühafizə qurumlarının rolu haqqında  məlumat verilmişdir. Tədbir iştirakçıları yanğın avtomobilinin üzərində olan avadanlıqlar, xüsusi yanğın avtomobilləri, döyüş paltarları, istilik əksetdirici kostyumlar, nəfəs orqanlarının mühafizə vasitələri haqqında   məlumatlandırılmış,   onların istifadə qaydaları əyani şəkildə nümayiş etdirilmişdir.

Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsində keçirilən tədbirə rayon İcra Hakimiyyəti aparatının və bələdiyyə qurumlarının, Mülkü müdafiə qoşunlarının şəxsi heyəti, məktəblilər, təhsil işçiləri cəlb edilmiş, onlara yanğından mühafizə hissəsinin fəaliyyəti, yanğın və xilasetmə avadanlıqları, o cümlədən kəsici pnevmatik alətlərin istismar olunması haqqında ətraflı məlumat verilmişdir.

Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə və xilasetmə avtomobilləri, eləcə də alət və avadanlıqları   rayonun 4 saylı tam orta məktəbinin ərazisində müəllim və şagirdlərə, mədəniyyət və tibb işçilərinə nümayiş etdirilmişdir.

Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsində rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə Azərbaycan yanğından mühafizə xidmətinin tarixi, yanğından mühafizə qurumlarında gün bölgüsünün təşkil olunması, istismarda olan yanğın avtomobillərinin taktiki və texniki xüsusiyyətləri haqqında tədbir iştirakçılarına  məlumat verilmiş,  100 metrlik  məsafəyə döyüş açılışı, hücum nərdivanı ilə yüksək mərtəbəyə qalxma, yanğın avtomobillərinin iş qabiliyyəti nümayiş etdirilmişdir.

Qusar rayon Dövlət Yanğından Mühafizə Hissəsində keçirilən tədbirə rayonun  yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, orta təhsil müəssisələrinin müəllim və şagirdləri cəlb olunmuşdur. Tədbir iştirakçılarına FHN, onun fəaliyyət iistiqamətləri, yanğınedan mühafizə xidmətinin tarixi haqqında məlumat verilmiş, həmçinin baş verə biləcək fövqəladə hal zamanı davranış qaydaları haqqında maarifləndirici söhbət aparılmışdır.

Tərtər rayon Yanğından Mühafizə Hissəsində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti aparatının və bələdiyyə,  səhiyyə və mədəniyyət qurumlarının nümayəndələrinə Fövqəladə Hallar Nazirliyinin və Dövlət Yanğından Mühafizə Xidmətinin yaradılması tarixi və bugünkü inkişafı barədə   məlumat verilmiş,  yanğınların söndürülməsi və qəza-xilasetmə işlərinin aparılmasında yanğından mühafizə hissəsinin rolu, istismarda olan yanğın avtomobillərinin taktiki-texniki göstəriciləri, yanğın avtomobillərinin üzərində olan alət-avadanlıqların, nəfəs orqanlarından mühafizə vasitələrinin istifadə qaydası,  xilasedici kəndirlə xilasetmə əməliyyatının aparılması, yanğın yerində yanğın avtomobillərinin iş qabiliyyəti və rolu haqqında məlumat verilmiş, yanğın və xilasetmə avadanlıqları, o cümlədən kəsici pnevmatik alətlərin istismar olunması əyani şəkildə nümayiş etdirilmişdir.

Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ, Siyəzən, Şabran, Ucar, Şamaxı, Saatlı, Qax, Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələrində də ictimaiyyət nümayəndələrinə, müəllim və şagirdlərə yanğın texnikası və xilasetmə avadanlıqları nümayiş etdirilmiş, maarifləndirici söhbətlər aparılmışdır.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru



 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il