ENG     15 Avqust 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Avqust 2018-ci il
N 25 (583)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasına ciddi diqqət yetirilir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi münasibətilə FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Akademiyada tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yubiley münasibətilə Akademiyanın müəllim və şəxsi heyətini təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

İttifaqın sədri Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu təhsil islahatlarından söz açmış və bu islahatlar nəticəsində əldə edilmiş nailiyyətlərdən bəhs etmişdir. Qeyd etmişdir ki, FHN Akademiyası gənc ali təhsil ocağı olmasına baxmayaraq, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasında uğurla fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Pənah Süleymanov çıxış edərək rəhbərlik etdiyi Akademiyanın keçdiyi 10 illik dövrə nəzər salmış, təbriklərə və diqqətə görə FHN işçilərinin Həmkarlar İttifaqına təşəkkürünü bildirmişdir.

Toplantının sonunda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən Akademiyanın yaradılmasının 10 illiyi münasibətilə  xidmətdə və ali təhsil müəssisəsinin ictimai həyatında xüsusi fərqlənmiş 25 nəfər əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il