ENG     19 Avqust 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Avqust 2018-ci il
N 25 (583)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin seminarı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 3 may 2018-ci il tarixində SOCAR-ın N.Nərimanov adına NQÇİ-nin "Daşgil" neft yığma məntəqəsində "Çən və çənlər parkının yanğın təhlükəsizliyi" mövzusunda seminar keçirmişdir.

Seminarda çən və çənlər parkında yanğın təhlükəsizliyi qaydalarına dair məlumat verilmiş, sözügedən sahənin istismarı və təmir işlərinin qüvvədə olan müvafiq normativ sənədlərin və "Neft anbarlarının istismarı vaxtı partlayış və yanğın təhlükəsizliyi Təlimatı"nın tələblərinə uyğun aparılmasının vacibliyi vurğulanmışdır.

Tədbirdə çənlər parkının stasionar və avtomatik yanğınsöndürmə qurğuları, ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmasının zəruriliyi diqqətə çatdırılmış, həyat fəaliyyətinin təhlükəsizliyinə dair söhbət aparılmış, "Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları"nın tələbləri haqqında ətraflı məlumat verilmişdir.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il