ENG     28 May 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
25 May 2018-ci il
N 16 (574)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Əhalinin yaşayış sektorunda yanğına qarşı maarifləndirilməsi işləri davam etdirilir

Baş vermiş yanğınların daha çox yaşayış sektorunda olduğunu nəzərə alaraq bu sahədəki yanğınların qarşısının alınması prioritet məsələ kimi Dövlət Yanğın Nəzarəti Xidmətinin daim nəzarətindədir. Bununla əlaqədar Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları yaşayış komplekslərində və əhalinin sıx yaşadığı ərazilərdə şərti yanğın hadisəsi ssenarisi əsasında təlim və maarifləndirmə işləri aparırlar.

Belə ki, Səbail rayonu A.Abbaszadə küçəsi 17 ünvanında "İdeal İnşaat" MTK tərəfindən inşa olunmuş yaşayış binalarının və Sabunçu rayonu  Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595-ci məhəllə ünvanında yerləşən və "Akkord İnşaat Sənaye" MMC-in "Uğur-2" yaşayış kompleksinin həyətlərində şərti yanğın həyəcanı verilərək əraziyə yanğınsöndürən avtomobillər çağırılıb. Hadisə yerinə gələn yanğın avtomobilləri sakinlər tərəfindən pərakəndə şəkildə saxlanmış şəxsi avtomobillər səbəbindən yanğın su hovuzlarına, yanğın hidrantlarına, quru-yaş quyulara yaxınlaşa bilməyib və suyun götürülməsində müəyyən çətinliklərlə qarşılaşıblar. Bununla bağlı, həmin MTK-ların rəhbərlərinə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu cür hallar hələ də mövcuddur. Görülən işlərin davamı olaraq kompleksdə yaşayan vətəndaşlar, eləcə də MTK-ın komendantları, təhlükəsizlik sahəsində çalışan əməkdaşlar DYNX tərəfindən maarifləndirilib və onlara yanğn təhlükəsizliyi ilə bağlı bukletlər paylanılıb. Bu istiqamətdə işlər davam etdirilir.

FHN DYNX-nin Yanğına qarşı təbliğat şöbəsi


 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il