ENG     19 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
19 Oktyabr 2018-ci il
N 32 (590)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fəlakət Risklərinin Qiymətləndirilməsi üzrə ilk işçi görüşü təşkil edilib

Bakı Regional Mərkəzində mayın 3-də Avropa İttifaqının "Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri" üzrə şərq proqramının (PPRD East II) II fazası çərçivəsində şərq proqramının mütəxəssislərinin iştirakı ilə Fəlakət Risklərinin Qiymətləndirilməsi üzrə ilk işçi görüşü keçirilib.

Tədbirdə Avropa İttifaqının Fəlakətlərin idarəedilməsi üçün risklərin qiymətləndirilməsi və risk xəritələri üzrə rəhbəredici qaydalara uyğun olaraq hazırlanacaq Fəlakət risklərinin qiymətləndirilməsi üzrə milli metodologiya və eləcə də Avropa İttifaqı ilə fəlakət risklərinin qiymətləndirilməsi sahəsində gələcək əməkdaşlıq prespektivləri müzakirə olunub.

Toplantıda Fövqəladə Hallar, Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin, Milli Hidrometeorologiya Departamentinin, Azərbaycan  Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun, Respublka Seysmoloji Xidmət Mərkəzinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il