ENG     19 Avqust 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Avqust 2018-ci il
N 25 (583)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"MOLDEX 2017 genişmiqyaslı sahə təlimindən öyrənilmiş dərslər" adlı seminar

Bakı Regional Mərkəzində Aİ-nin "Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri" üzrə Şərq proqramı mütəxəssislərinin iştirakı ilə seminar keçirilib.

Tədbir fəlakətlər zamanı müvafiq dövlət orqanları və ölkəmizdə mülki müdafiə işinə cəlb olunmuş digər tərəfdaşlar arasında qarşılıqlı fəaliyyəti və eyni zamanda Avropa İttifaqının "Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri" üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində 28-29 mart 2017-ci il tarixlərində Şərq Tərəfdaşlığına qoşulmuş altı tərəfdaş ölkədə, Aİ-yə üzv üç ölkədə (Çex Respublikası, Danimarka, Rumınya) və Aİ Mülki Müdafiə Mexanizminin Brüsseldə yerləşən Fövqəladə Hallara Cavab Tədbirlərinin Əlaqələndirmə Mərkəzində (ERCC) eyni vaxtda  keçirilmiş Regional Masaüstü Təlimdən, 19-21 sentyabr 2017-ci il tarixlərində Aİ-nin Mülki Müdafiə Mexanizminin Fövqəladə Hallara Cavabın Əlaqələndirilməsi Mərkəzi (ERCC) və Moldova Respublikasının Daxili İşlər Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Hallar Xidmətinin birgə təşkilatçılığı və Şərq Tərəfdaşlığına qoşulmuş altı tərəfdaş ölkənin iştirakı ilə Moldova Respublikasının Kişinyov şəhərində keçirilmiş MOLDEX 2017 genişmiqyaslı sahə təlimindən öyrənilmiş dərsləri müzakirə etmək məqsədilə təşkil olunub.

Şərq proqramının tədbirlə bağlı ölkəmizə səfər edən mütəxəssisləri FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində olub və Xidmətin maddi - texniki bazası, axtarış - xilasetmə avadanlıqları, təlim meydanı və digər imkanları ilə, həmçinin FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə baş çəkərək Mərkəzin fəaliyyəti ilə tanış olublar.

Tədbirdə  Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə, Səhiyyə, Xarici İşlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak ediblər.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il