ENG     18 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Oktyabr 2018-ci il
N 31 (589)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Muğan Regional Mərkəzinin müşavirəsi

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi "Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi" mövzusunda Biləsuvar rayon İcra Hakimiyyətində rayon müşavirəsi keçirib. Müşavirədə Muğan Regional Mərkəzin, Muğan Regional Yanğın Nəzarəti İdarəsinin və Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, icra hakimiyyətinin, yerli bələdiyyələrin, ərazi icra orqanlarının nümayəndələri və iri təsərrüfat sahibləri iştirak edib. 

Mərkəzin əməkdaşları "Taxıl yığımı zamanı yanğın təhlükəsizliyi qaydaları", "Meşə təsərrüfatında yanğın təhlükəsizliyi tədbirləri" mövzularında geniş məruzə ilə çıxış edib, biçilmiş taxıl sahələrinin və kövşənlərin yandırılması, yanğın zamanı yanğınsöndürmə qüvvələrinin qarşılaşdığı problemlərdən danışıb, baş vermiş hadisələrin qarşısının effektiv alınması üçün yerli bələdiyyələr, ərazi icra nümayəndələrinin üzərinə düşən vəzifələrin vaxtında icra olunmasının vacibliyini vurğulayıblar.

Sonda suallar cavablandırılıb.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il