ENG     19 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
19 Oktyabr 2018-ci il
N 32 (590)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Sumqayıt Regional Mərkəzində akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr edilən tədbir keçirilib

Mayın 3-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir həyata keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının üzvləri və FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşları iştirak edib.

İlk öncə akademik Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov akademik Zərifə xanım Əliyevanın dəyərli həyat yolundan və tibb elminə gətirdiyi töhfələrdən danışıb. Qeyd edib  ki, Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Bildirilib ki, Azərbaycan tibb elminin, xüsusilə oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib.

Sonra tədbirdə çıxış edən FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Adil Hacıyev Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını bildirib.

Daha sonra tədbir görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən filmin nümayişi ilə davam edib.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il